"Onun başını tapdalayaram" - Kərim hədələdi

"Onun başını tapdalayaram" - Kərim hədələdi

"Mənim üçün qadının, kişinin fərqli yoxdur. Mənim xətrimə dəyənin niyə mən cavabını verməyim? Hər kəs həddini bilməlidir. Haqqımı tələb edən olmuşam. Nahaq söz qəbul etmirəm, etməyəcəm də". Bu sözləri müğənni Kərim Abbasov deyib. Sənətçi şou-biznes nümayəndələrini hədələyib: "Şou-biznesdə göbələk deyiləm. Kimsə gəlib məni tapdalayıb keçsin! Onun başını tapdalayaram. Dilim varsa, dilçəyim də var. Kimsə məni bəyənmirsə, özü bilər, zövqünə hörmətlə yanaşıram. Amma heç kim artıq-əskik söz deyə bilməz. Ali savadım var, bəstəkarlıq edirəm".

2019-01-11 / 08:44