Onlayn kazino oyunlarına qarşı keçirdiyi əməliyyat zamanı 4 nəfər tutulub

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi qanunsuz onlayn kazino oyunlarına qarşı növbəti əməliyyat zamanı Polad Abdullayev, Sənan Hacızadə, Toğrul Kazımov və Cəfər Bəyəliyev saxlanılıb. Onların xaricdən idarə olunan qanunsuz qumar saytları ilə əlaqə yaradaraq ölkə ərazisində virtual kassalar təşkil etdikləri müəyyən edilib.Saxlanılan şəxslər sosial şəbəkələrdə müxtəlif səhifələr vasitəsilə istifadəçiləri onlayn kazino oyunlarına cəlb ediblər. Faktla bağlı cinayət işi başlanıb və məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.DİN vətəndaşları internetdə qanunsuz qumar oyunlarında iştirak etməməyə çağırır.Bu cür platformalar əksər hallarda kiberdələduzluq məqsədilə yaradılır və nəticədə istifadəçilərin bank kartı və şəxsi məlumatları ələ keçirilir.Qanunsuz onlayn kazino və qumar oyunlarında iştirak həm maliyyə itkisi, həm də hüquqi məsuliyyət riski yaradır. Odur ki, hər kəsə lisenziyasız onlayn kazino və mərc saytlarına daxil olmamağı, sosial şəbəkələrdə bu tip oyunların reklam və "asan qazanc" vədlərinə inanmamağı, şübhəli hesab və platformalar barədə isə polis orqanlarına məlumat verməyi tövsiyə edir.

url: 
http://kepezfm.az/xeberler/onlayn-kazino-oyunlar%C4%B1na-qar%C5%9F%C4%B1-ke%C3%A7irdiyi-%C9%99m%C9%99liyyat-zaman%C4%B1-4-n%C9%99f%C9%99r-tutulub
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik