Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə bağlı bəyanat yayıb
Ombudsman Səbinə Əliyeva Zəfər Gününün altıncı ildönümü ilə bağlı bəyanat yayıb. Bəyanatda 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyəti vurğulanıb. Ombudsman itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması, keçmiş məcburi köçkünlərin qayıdışı və azad edilmiş ərazilərin minalardan təmizlənməsini əsas humanitar məsələlər kimi qeyd edib. O, beynəlxalq təşkilatları bu istiqamətlərdə dəstəyə çağırıb.
url:
http://kepezfm.az/xeberler/ombudsman-z%C9%99f%C9%99r-g%C3%BCn%C3%BCn%C3%BCn-alt%C4%B1nc%C4%B1-ild%C3%B6n%C3%BCm%C3%BC-il%C9%99-ba%C4%9Fl%C4%B1-b%C9%99yanat-yay%C4%B1b

