Ombudsman Xocalı soyqırımı ilə bağlı beynəlxalq təşkilatlar və dünya ictimaiyyətinə çağırış edib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili – Ombudsman beynəlxalq təşkilatları və dünya ictimaiyyətini Xocalı soyqırımına hüquqi qiymət verilməsinə və bu cinayəti törədənlərin ədalət mühakiməsinə cəlb olunmasına çağırıb.Bəyanatda bildirilib ki, 1992-ci il fevralın 26-da Xocalıda 613 dinc sakin, o cümlədən qadınlar və uşaqlar amansızcasına qətlə yetirilib və bu hadisədən 34 il ötür.Xocalı soyqırımına ilk siyasi-hüquqi qiymət Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə verilib, cinayətin beynəlxalq səviyyədə tanınması istiqamətində tədbirlər davam etdirilir.
url:
http://kepezfm.az/xeberler/ombudsman-xocal%C4%B1-soyq%C4%B1r%C4%B1m%C4%B1-il%C9%99-ba%C4%9Fl%C4%B1-beyn%C9%99lxalq-t%C9%99%C5%9Fkilatlar-v%C9%99-d%C3%BCnya-ictimaiyy%C9%99tin%C9%99-%C3%A7a%C4%9F%C4%B1r%C4%B1%C5%9F

