Canlı
Oksana Rəsulova yeni filmə çəkilir

Oksana Rəsulova yeni filmə çəkilir

Rəqqasə-aktrisa Oksana Rəsulova yeni komediya filmində rol alır. O, çəkilişlərinə start verilən “Qaragöz” adlı ekran əsəri ilə bağlı telekanalların birinə açıqlama verib: “Tezliklə komediya janrında olan “Qaragöz” filmi təqdim olunacaq. Baş rollarda mən və Elməddin Cəfərovdur. Filmin çox maraqlı ssenarisi var. Rejissor və prodüser Orxan Mərdan, operator Elman Əliyevdir. Peşəkar komanda ilə işləyirik”.Oksana filmdə teatr aktrisası rolundadır. Aktrisa filmdə Elməddin Cəfərovla sevgili olacaq.

2018-01-13 / 16:25