Canlı
Oksana ana olduqdan sonra ilk dəfə media qarşısına çıxdı

Oksana ana olduqdan sonra ilk dəfə media qarşısına çıxdı

Rəqqasə Oksana Rəsulova ana olduqdan sonra ilk dəfə media qarşısına çıxıb. Sənətçi rol aldığı "Qaragöz" filminin qalasına qatılıb. Xeyli çəki alan Oksana obyektiv qarşısına keçərək şəkillər çəkdirib. Rəqqasə bildirib ki, hazırda artıq çəkidən xilas olmağa çalışır. "Tez bir zamanda əvvəlki halıma qayıdacam" deyə, Oksana söyləyib. Qeyd edək ki, Oksana hamiləliyi ərəfəsində media qarşısına çıxmayıb. Oğlu olan sənətçi ona Osman adını qoyub.

2018-10-17 / 11:41