Canlı
Nisə Qasımova: “İnsanların naxələf çıxdığını görürük”

Nisə Qasımova: “İnsanların naxələf çıxdığını görürük”

Xalq artisti Nisə Qasımova 2017-ci ildə yaşadıqları haqda danışıb. İfaçı bu il nəvəsini hərbi xidmətə yola saldığını açıqlayıb: “2017-ci ildə çox gözəl insanlarla tanış oldum. Dəyərli insanları yaxından tanımaq mənim üçün böyük şərtdir. Çünki get-gedə istər çevrəmizdə dostlar olsun, istərsə də işbirliyi qurduğumuz insanların naxələf çıxdığını görürük. Amma həyatından bir nəfər çıxır, onun əvəzinə isə iki gözəl insan gəlir və yaradıcılığında sənə kömək olur. Bu il nəvəmi hərbi xidmətə yola saldım. Fəxr edirəm ki, o, vətinin keşiyində durur. Daha sonra “Yalandı dünya” mahnısının rok versiyasını “Qara Dərvişlə” təqdim etdik."
Xalq artisti 2018-ci il haqda bunları deyib: “Mən adətən gələcəklə bağlı nə isə soruşulanda cavab “Allah nəyi nəsib edərsə onu da məmnuniyyətlə qəbul edirəm” olur. 2018-ci il haqda danışmaq üçün öncə gərək hər kəsə yararlı olum, xeyir işlər görüm və mən 2018-ci ilə nə verdim kimi tarix yaradım. İnşallah Allah hər kəsə can sağlığı versin, biz də onların içində”.

2018-01-01 / 11:18