Nigar Camal “Jara-2019” iştirak edəcək
25-28 iyulda Bakıda keçiriləcək “Jara-2019” Beynəlxalq Musiqi Festivalında iştirak edən daha bir yerli müğənninin adı bəlli olub. Bu, “Avroviziya2011” qalibimiz Nigar Camaldır. O, bu festivala ikinci dəfədir qatılır. Sənətçi 26 iyulda səhnəyə çıxacaq. Qeyd edək ki, festivalda həmçinin, Xalq artistləri Aygün Kazımova, Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva, Əməkdar artist Miri Yusif, müğənnilər İlqar Xəyal və Çingiz Mustafayev kimi azərbaycanlı məşhurlar da iştirak edəcək.
Nurlana Abdullayeva
2019-06-07 10:27