Canlı
Nicat Rəhimov Rafetin mahnısını oxudu, tərif eşitdi

Nicat Rəhimov Rafetin mahnısını oxudu, tərif eşitdi

Müğənni Nicat Rəhimov Rafet El Romanın "Seni seviyorum" mahnısını oxuyub. Bu haqda "İncə sənət" verilişinə açıqlama verən sənətçi maraqlı faktı açıqlayıb. O bildirib ki, ifasını Rafetin özünə də göndərib. Hətta El Roman İnstaqramda ona "əla" işarəsi ilə cavab da verib. Nicat "Layihələrin birində türk mahnısı oxumalı oldum. Mən də Rafetin repertuarına müraciət etdim. Onu izləyən və dinləyən olmamışam. Düşünürəm ki, həqiqətən də yaxşı alınıb. Çünki rəylərdən də bu bilindi. Mən Onun rəsmi səhifəsinə linki atdım, çox bəyəndiyini dedi. Hətta başqa mahnılarını oxumağıma da razılıq verdi" deyə, söyləyib.

Mahnını bu linkdən dinləyə bilərsiniz: https://www.youtube.com/watch?v=CminVcXug9M

2018-06-13 / 16:21