Netanyahu: İsrail lazım olan hər yerdə "Hizbullah"a zərbələr endirməyə davam edəcək
İsrail Müdafiə Ordusu “Hizbullah” qruplaşmasına qarşı əməliyyatlarını davam etdirir.İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İsrailin mülki vətəndaşlarına qarşı hərəkət edən hər kəs hədəf olacaq və sakinlərin tam təhlükəsizliyi təmin edilənədək “Hizbullah”a zərbələr endirməyə davam ediləcək.Baş nazir əlavə edib ki, ötən gecə İsrail ordusu Livanın cənubundakı bir sıra infrastruktur obyektləri, keçid məntəqələri, həmçinin “Hizbullah”ın silah anbarları və komanda mərkəzlərinə zərbələr endirib. Netanyahu əməliyyatların qətiyyətlə davam edəcəyini vurğulayıb.
url:
http://kepezfm.az/xeberler/netanyahu-israil-laz%C4%B1m-olan-h%C9%99r-yerd%C9%99-hizbullaha-z%C9%99rb%C9%99l%C9%99r-endirm%C9%99y%C9%99-davam-ed%C9%99c%C9%99k

