Nazir: Türk dövlətləri imkanlarını həm tranzit, həm də qarşılıqlı ticarətin inkişafı üçün istifadə etməlidir
Azərbaycan həyata keçirilən regional layihələrin fəal iştirakçısıdır.Bunu xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşündə çıxışı zamanı deyib.Nazir bildirib ki, Orta dəhlizin inkişafı, Zəngəzur dəhlizinin reallaşdırılması və nəqliyyat bağlantılarının genişləndirilməsi ölkələrin iqtisadi imkanlarını artıracaq.Məqsəd tranzit imkanları ilə yanaşı, qarşılıqlı ticarəti, sənaye əməkdaşlığını və investisiyaları da inkişaf etdirməkdir.Ceyhun Bayramov energetika, rəqəmsal bağlantılar və yaşıl enerji sahələrində əməkdaşlığın əhəmiyyətini də vurğulayıb.
url:
http://kepezfm.az/xeberler/nazir-t%C3%BCrk-d%C3%B6vl%C9%99tl%C9%99ri-imkanlar%C4%B1n%C4%B1-h%C9%99m-tranzit-h%C9%99m-d%C9%99-qar%C5%9F%C4%B1l%C4%B1ql%C4%B1-ticar%C9%99tin-inki%C5%9Faf%C4%B1-%C3%BC%C3%A7%C3%BCn

