Nazir: "Saathesabı, yarımştat kimi yox, müəllim tamamilə daimi ştatda olacaq"

Saathesabı, yarımştat kimi yox, müəllim tamamilə daimi ştatda olacaq. Bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, müəllimlərin dərs yükü həftədə 18–24 saat olacaq, sertifikasiyada yüksək bal toplayanlar yüksək maaş alacaq, istəməyənlər saathesabı sistemdə qala biləcək. Gələn il 25 minə yaxın müəllimin sertifikasiya prosesinə cəlb olunacağı gözlənilir. 2026-cı ildə uğursuz olmuş müəllimlərin 2027-ci ildə təkrar sertifikatlaşdırılması prosesi həyata keçiriləcək. E.Əmrullayev həmçinin deyib ki, ibtidai təhsildə çatışmazlıqlar səbəbindən 40-50 % uşaq orta təhsilə davam etməkdə çətinlik çəkir. Məktəbəqədər təhsilə 5 yaşlı uşaqların cəlbi 80 %-ə çatdırılacaq, özəl müəssisələr vauçer sistemi ilə dəstəklənir. Hazırda 5 min uşaq məktəbəqədər təhsilə cəlb olunub, hədəf 30 mindir.

url: 
http://kepezfm.az/xeberler/nazir-saathesab%C4%B1-yar%C4%B1m%C5%9Ftat-kimi-yox-m%C3%BC%C9%99llim-tamamil%C9%99-daimi-%C5%9Ftatda-olacaq
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik