Nazir: "Müəllim oxu bacarığını inkişaf etdirmədən şagirdə bunu qazandıra bilməz"

Elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 - Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramının nəticələrinin təqdimatı zamanı deyib ki, müəllimlərin işə qəbulu və sertifikasiya prosesində oxu bacarığının daha geniş qiymətləndirilməsi məktəblərdə oxu savadlılığının yaxşılaşmasına kömək edə bilər. Nazirin sözlərinə görə, müəllimin öz oxu bacarığını inkişaf etdirmədən şagirdə bu bacarığı qazandırmasını gözləmək məntiqli deyil. Emin Əmrullayev qeyd edib ki, bununla yanaşı, dərsliklər yenilənməli və məktəblərdə oxuya ayrılan dərs saatlarının düzgün tədrisinə nəzarət gücləndirilməlidir.

url: 
http://kepezfm.az/xeberler/nazir-m%C3%BC%C9%99llim-oxu-bacar%C4%B1%C4%9F%C4%B1n%C4%B1-inki%C5%9Faf-etdirm%C9%99d%C9%99n-%C5%9Fagird%C9%99-bunu-qazand%C4%B1ra-bilm%C9%99z
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik