Nazir: "Cəbrayıl-Ağbənd elektrik ötürmə xəttinin tikintisi isə yekunlaşmaq üzrədir"
Naxçıvanın Azərbaycanın vahid elektrik enerjisi sisteminə qoşulması ilə bağlı layihənin növbəti mərhələsi Zəngəzur dəhlizi vasitəsilə həyata keçiriləcək.Energetika naziri Pərviz Şahbazov bildirib ki, Cəbrayılda bu istiqamətdə zəruri enerji infrastrukturu yaradılıb. 1000 meqavat ötürmə gücünə malik 330 kilovoltluq Cəbrayıl-Ağbənd yüksək gərginlikli elektrik xəttinin tikintisi yekunlaşmaq üzrədir.Növbəti mərhələdə Zəngəzur dəhlizi vasitəsilə Naxçıvan və Türkiyə ilə elektrik bağlantısının yaradılması nəzərdə tutulur.İlkin mərhələdə Naxçıvandan Türkiyəyə 1 giqavat elektrik enerjisinin ötürülməsi planlaşdırılır.
url:
http://kepezfm.az/xeberler/nazir-c%C9%99bray%C4%B1l-a%C4%9Fb%C9%99nd-elektrik-%C3%B6t%C3%BCrm%C9%99-x%C9%99ttinin-tikintisi-is%C9%99-yekunla%C5%9Fmaq-%C3%BCzr%C9%99dir

