Nazir: Azərbaycanda hər üç şagirddən ikisi oxuduğunu anlamır
Azərbaycanda oxuduğunu anlama ilə bağlı ciddi pedaqoji problem var.Elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 nəticələrinin təqdimatında bildirib ki, Azərbaycanda hər üç nəfərdən ikisinin oxuduğunu anlaması ilə bağlı çətinlikləri var.Nazirin sözlərinə görə, bəzi bölgələrdə şagirdlərin təxminən 80 faizinin oxu-anlama nəticələri aşağıdır.Oxu bacarıqlarının inkişafına müəllimlərin işə qəbulu və sertifikatlaşdırılmasından başlanılmalıdır. O, xüsusilə Lənkəran-Astara, Mil-Muğan, Salyan və Masallı bölgələrində təhsilin keyfiyyətinin artırılmasına diqqət yetirilməsinin vacibliyini vurğulayıb. Nazir onu da deyib ki, qızlar ilk dəfədir riyazi savadlılıqda oğlanlardan yaxşı nəticə göstərir.
url:
http://kepezfm.az/xeberler/nazir-az%C9%99rbaycanda-h%C9%99r-%C3%BC%C3%A7-%C5%9Fagirdd%C9%99n-ikisi-oxudu%C4%9Funu-anlam%C4%B1r

