Narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb
Zərdab Polisinin keçirdiyi əməliyyatla narkotiklərin qanunsuz dövriyyəsini təşkil Qoşaoba kənd sakini Ceyhun Əliyev saxlanılıb. Ondan 3 kiloqram 500 qram marixuana aşkarlanıb. Digər bir əməliyyat zamanı rayon sakini Salik Abdullayev də saxlanılıb. Adıçəkilən şəxsdən də satış məqsədilə qablaşdırılmış marixuana götürülüb. Faktla bağlı cinayət işi açılıb.
url:
http://kepezfm.az/xeberler/narkotikl%C9%99rin-qanunsuz-d%C3%B6vriyy%C9%99sini-t%C9%99%C5%9Fkil-etm%C9%99kd%C9%99-%C5%9F%C3%BCbh%C9%99li-bilin%C9%99n-iki-n%C9%99f%C9%99r-saxlan%C4%B1l%C4%B1b