Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib
Mingəçevir sakini İlyas Hüseynov "Ford" markalı avtomobili idarə edərkən işıq cihazlarından düzgün istifadə etmədiyi üçün yol-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçirildiyi zaman narkotik maddə qəbul etməsi müəyyən olunub və 15 gün müddətində inzibati qaydada həbs edilib.Baş Dövlət Yol Polisi İdarəsi bir daha narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək insanların həyatını təhlükəyə atan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı bundan sonra da ən kəsərli tədbirlərin görüləcəyini bildirir.
url:
http://kepezfm.az/xeberler/narkotikin-t%C9%99siri-alt%C4%B1nda-avtomobil-idar%C9%99-ed%C9%99n-s%C3%BCr%C3%BCc%C3%BC-h%C9%99bs-edilib-0

