Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib
Bakıda Bəxtiyar Ağayev "Lada" markalı avtomobillə təhlükəli manevrlər edərək kobud qayda pozuntularına yol verdiyi üçün polis tərəfindən saxlanılıb.Sənədləri təqdim etməkdən imtina edən sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinəyə edilib. Müayinə zamanı sürücünün narkotik vasitənin təsiri altında olması müəyyən edilib.O, 20 gün müddətinə həbs edilib.
url:
http://kepezfm.az/xeberler/narkotik-vasit%C9%99nin-t%C9%99siri-alt%C4%B1nda-avtomobil-idar%C9%99-ed%C9%99n-%C5%9F%C9%99xs-h%C9%99bs-edilib-0

