Narkotik qaçaqmalçılığı ilə bağlı Türkiyədə tutulan şəxs Azərbaycana ekstradisiya edilib
Beynəlxalq axtarışa verilən Azərbaycan vətəndaşı Babayev Səbutər Adil oğlu Türkiyədə saxlanılaraq Azərbaycana ekstradisiya edilib.Ədliyyə Nazirliyinin məlumatına görə, o, 2020-ci ildə mütəşəkkil dəstə tərkibində külli miqdarda narkotik vasitələrin, psixotrop maddələrin və güclü təsiredici maddələrin qaçaqmalçılığı və satışı ilə bağlı ittiham olunur.
url:
http://kepezfm.az/xeberler/narkotik-qa%C3%A7aqmal%C3%A7%C4%B1l%C4%B1%C4%9F%C4%B1-il%C9%99-ba%C4%9Fl%C4%B1-t%C3%BCrkiy%C9%99d%C9%99-tutulan-%C5%9F%C9%99xs-az%C9%99rbaycana-ekstradisiya-edilib

