Nüşabə Əsəd Məmmədli: “Vahid məktəbli forması uşaqlar arasında ayrı-seçkiliyin qarşısını alacaq”

Dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyimi ilə bağlı vahid tələblər məktəblərdə işgüzar geyim mədəniyyətinin formalaşdırılmasına və vahid yanaşmanın təmin edilməsinə yönəlib.Əməkdar jurnalist, dramaturq, publisist və ictimai xadim Nüşabə Əsəd Məmmədli Kəpəz FM-ə açıqlamasında vahid məktəbli formasının sosial bərabərliyin qorunmasına xidmət etdiyini bildirib. O, bu qaydanın şagirdlər arasında ayrı-seçkiliyin və təbəqələşmənin qarşısını alacağını vurğulayıb:

Nüşabə Əsəd Məmmədli – Əməkdar jurnalist, dramaturq, publisist və ictimai xadim: “Düzgün qanundur. Məktəblilərin hamısının eyni məktəbli formasında dərsə getməsi çox düzgündür ki, ayrı-seçkilik olmayacaq. Təbəqələşmə olmayacaq uşaqlar arasında. Varlı-kasıb söhbəti olmayacaq. Bu əladır ki, hamı eyni formada gəlsin. Bizim böyük Mirzə Cəlilimiz, Mirzə Fətəli Axundovumuz, böyük Sabirimiz və Həsən bəy Zərdabimiz məhz xurafata qarşı mübarizə aparırdılar. Qaragüruhçuluğa qarşı mübarizə aparırdılar”.

url: 
http://kepezfm.az/xeberler/n%C3%BC%C5%9Fab%C9%99-%C9%99s%C9%99d-m%C9%99mm%C9%99dli-%E2%80%9Cvahid-m%C9%99kt%C9%99bli-formas%C4%B1-u%C5%9Faqlar-aras%C4%B1nda-ayr%C4%B1-se%C3%A7kiliyin-qar%C5%9F%C4%B1s%C4%B1n%C4%B1
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik