Canlı
Mustafa və Emina boşandıqdan sonra ilk dəfə bir araya gəldilər

Mustafa və Emina boşandıqdan sonra ilk dəfə bir araya gəldilər

10 illik evliliklərini iyul ayında sona çatdıran müğənni Mustafa Sandal və Emina Yahovic boşandıqdan sonra ilk dəfə birlikdə kamera qarşısına keçiblər. İkili mükafatlandırma mərasimlərindən birində görüntüləniblər. Mustafa və Emina bərabər jurnalistlərin suallarını cavabladırıblar. Mustafa deyib: "Ən böyük həqiqət bizim uşaqlardır. Ötən gün də birlikdə başqa bir mükafatlandırma mərasimində olmalı idik. Kiçik oğlum Yavuz bir az xəstə idi. Biz də ana, ata olaraq göz-gözə, qəlb-qəlbə birlikdə orada idik". Sandal adının başqa xanımlarla hallanması haqda isə "Bilirsiniz ki, kiminləsə ciddi münasibətdə olsam, əlindən tutub qarşınıza çıxaracam" sözlərini vurğulayıb. Qeyd edək ki, boşandıqdan sonra Emina iş adamı Sadettin Saranla eşq yaşamağa başlayıb. Mustafanın isə adı əvvəlcə Ceren Hindistan, sonra İrmak Ünalla hallanıb. Xatırladaq ki, cütlüyün iki oğlu var.

2018-12-05 / 09:27