Mustafa Ceceli müjdəni verdi

Mustafa Ceceli müjdəni verdi

Tanınmış türkiyəli müğənni Mustafa Ceceli, qardaşı Sinan Ceceli ilə dünən axşam Kuruçeşme Huqqa adlı məkandan çıxarkən görüntülənib.

Yanvar ayında təqdimata hazırlandığı yeni albomu ilə bağlı qardaşıyla birgə yığıncaq etdiyi öyrənilən Mustafa Cecelinin keyifli halı diqqətlərdən qaçmayıb.

Avtomobilini gözləyərkən jurnalistlərin suallarını cavablayan məşhur müğənni, "Albom ilə əlaqədar son toplantımızı etdik. İnşallah yanvar ayında yeni albomu təqdim etməyi planlaşdırırıq. Az bir işimiz qaldı" şəklində danışıb.

"Albomda İrem Derici, Murat Dalkılıç, Serkan Kaya, Ece Seçkin və Bengü kimi sevilən müğənnilərlə duetlər olacaq " deyən Ceceli, " Ən özəl duet isə Sinan ilə olacaq " sözləri ilə, qardaşıyla birlikdə bir parça səsləndirəcəklərinin müjdəsini verib.

Ayşən Zeynallı