"Murada zərər gəlməsini istəmirəm" - Hadise

"Murada zərər gəlməsini istəmirəm" - Hadise

Türkiyəli məşhur Hadise adının Murad Boz və Aslı Enver xəbərlərində yer almasına münasibət bildirib.

Sənətçi otellərdən birində təşkil edilən gecədə media nümayəndələrinin suallarını cavablandırıb. Hadise adının bu cür xəbərlərdə yazılmasına əsəbiləşdiyini deyib:

"Bu cür xəbərlər məni narahat edir. Bu məsələni çox uzatdınız. Murad və Aslı sevdiyim dostlarımdır. Bu cür xəbərləri çox yazdınız, amma düz deyil. Bilirəm ki, mənim həyatımda kimsə olanda da, "sevgilisi Muradı qısqandı" kimi xəbərlər yazacaqsınız. Murad dostumdur, ona zərər gəlməsini istəmirəm".

Yeni albom çıxaran ifaçı "Bu albom mənim üçün bir dönüş nöqtəsidir. Yeni bir Hadise olaraq sevənlərimin qarşısına çıxacam" deyib.

Ayşən Zeynallı