Motoxuliqanlıq edən 30 nəfər saxlanıldı
Polisin yol hərəkəti təhlükəsizliyinin təmin olunması, xüsusilə motosiklet və digər ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri arasında qanunvericiliyin tələblərinə əməl edilməsi istiqamətində keçirdiyi tədbirlərlə Abşeronda motoxuliqanlıq edən, yüksək səs-küy yaradaraq sakinlərin rahatlığını pozan, eləcə də sürücülük hüququ olmadan nəqliyyat vasitəsi idarə edən 30 sürücü saxlanılıb.Nəqliyyat vasitələrinin konstruksiyasına qanunsuz müdaxilə edərək əlavə işıq və səsboğucu qurğular quraşdıran 12, narkotik vasitənin təsiri altında avtomobil idarə edən 2 sürücü barəsində inzibati protokollar tərtib olunub. Bir daha bütün hərəkət iştirakçılarından yol hərəkəti qaydalarına ciddi əməl etmələri xahiş olunur.
url:
http://kepezfm.az/xeberler/motoxuliqanl%C4%B1q-ed%C9%99n-30-n%C9%99f%C9%99r-saxlan%C4%B1ld%C4%B1

