Azərbaycan Şərqlə Qərb arasında nəqliyyat bağlantılarının inkişafında, xüsusilə Orta Dəhliz çərçivəsində fəal rol oynayır. Bunu Milli Məclisin sədri Sahibə Qafarova Aralıq Dənizi Parlament Assambleyasına üzv və tərəfdaş ölkələrin parlament sədrlərinin 1-ci Sammitində çıxışı zamanı deyib. S.Qafarova bildirib ki, bu səylər əməkdaşlığın gücləndirilməsinə və ortaq iqtisadi dayanıqlılığın təşviqinə töhfə verir. Assambleyada Azərbaycan Milli Məclisinə müşahidəçi statusu verilib.Sahibə Qafarova Sammit çərçivəsində Monteneqro parlamentinin sədri Andrija Mandiç ilə də görüşüb.Monteneqro Azərbaycanla Ermənistan arasında sülh prosesini hər iki ölkənin siyasi qələbəsi kimi qiymətləndirib. Tərəflər Azərbaycan-Monteneqro münasibətlərinin inkişafında siyasi dialoq və parlamentlərarası əməkdaşlığın vacibliyini vurğulayıblar.

