Misir Mərdanov təltif edilib
Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmi-pedaqoji sahədə böyük xidmətlərinə görə Misir Mərdanov "Şərəf" ordeni ilə təltif edilib.Qeyd edək ki, oktyabrın 3-də Misir Mərdanovun 80 yaşı tamam olub.
url:
http://kepezfm.az/xeberler/misir-m%C9%99rdanov-t%C9%99ltif-edilib

