Miri Yusif fanatını ziyarət edib, birlikdə mahnı oxudu
Miri Yusif aplastik anamiya xəstəliyindən əziyyət çəkən Fuadı ziyarət edib.Miri fanatı Fuadı ziyarəti zamanı onunla birlikdə "Ağ təyyarə" mahnısını oxuyub. Müğənni ziyarəti zamanı bunları qeyd edib ki, Fuad onu görmək istəyib. O, isə bunu bilən kimi, vaxt itirmədən gelib onu görməyə. Sənətçi çatar çatmaz fanatının ilk sözü səni çox istəyirəm olub. Azyaşlı söz verib ki, tezliklə sağalıb müğənninin konsertində iştirak edəcək.
Nurlana Abdullayeva
2019-05-30 10:18