Mingəçevirdə zirzəmidə tapılan körpə ilə bağlı müvafiq addımlar atılacaq
Mingəçevirdə zirzəmidə köməksiz vəziyyətdə körpə tapılıb. Sosial Xidmətlər Agentliyinin əməkdaşları körpənin yerləşdirildiyi səhiyyə müəssisəsində ilkin qiymətləndirmə aparıblar. Bildirilib ki, müayinə və müalicə prosesi başa çatdıqdan sonra körpənin yaşına və sağlamlıq durumuna uyğun addımlar atılacaq.
url:
http://kepezfm.az/xeberler/ming%C9%99%C3%A7evird%C9%99-zirz%C9%99mid%C9%99-tap%C4%B1lan-k%C3%B6rp%C9%99-il%C9%99-ba%C4%9Fl%C4%B1-m%C3%BCvafiq-add%C4%B1mlar-at%C4%B1lacaq