Mingəçevirdə “kirayə ev” adı altında vətəndaşları aldadan şəxs saxlanılıb
Mingəçevirdə “kirayə ev” adı altında vətəndaşlara qarşı dələduzluq edən Kürdəmir sakini, 34 yaşlı Röyal Hüseynov saxlanılıb. O, ayrı-ayrı şəxslərdən onlayn yolla müxtəlif məbləğlərdə ilkin ödəniş aldıqdan sonra istifadə etdiyi mobil nömrəni qırıb atdığını bildirib. Faktla bağlı araşdırma aparılır.
url:
http://kepezfm.az/xeberler/ming%C9%99%C3%A7evird%C9%99-%E2%80%9Ckiray%C9%99-ev%E2%80%9D-ad%C4%B1-alt%C4%B1nda-v%C9%99t%C9%99nda%C5%9Flar%C4%B1-aldadan-%C5%9F%C9%99xs-saxlan%C4%B1l%C4%B1b