Mingəçevir su anbarında və Kür çayında qanunsuz balıq ovu aşkarlanıb
Kənd Təsərrüfatı Nazirliyi Daxili İşlər Nazirliyi ilə qanunsuz balıq ovuna qarşı növbəti reyd keçirib. Mingəçevir su anbarında balıqovlama bileti olmadan qanunsuz ov edən bir qrup şəxs saxlanılıb. Yevlax sakinlərinin təbiətə 8 715 manat dəyərində zərər vurduğu müəyyənləşib. Kür çayının Tovuz rayonu ərazisindən keçən hissəsindən isə qadağan olunmuş ov aləti - elektrik cərəyanı ilə balıq ovu edən şəxslər saxlanılıb. Qanunsuz ov edən Tovuz rayonunun Hunanlar kənd sakinləri tərəfindən təbiətə dəymiş ziyanın məbləği 1023 manat qiymətləndirilib.Hər iki faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.
url:
http://kepezfm.az/xeberler/ming%C9%99%C3%A7evir-su-anbar%C4%B1nda-v%C9%99-k%C3%BCr-%C3%A7ay%C4%B1nda-qanunsuz-bal%C4%B1q-ovu-a%C5%9Fkarlan%C4%B1b