Minaya düşən ANAMA əməkdaşının son vəziyyəti açıqlanıb
Ağdam rayonu ərazisində şəxsin mina partlaması nəticəsində xəsarət alması faktı ilə bağlı araşdırma aparılır. Baş Prokurorluqdan bildirilib ki, ANAMA əməkdaşı 1992-ci il təvəllüdlü Vaqif Əkbərov mina partlaması nəticəsində xəsarət alıb. Sağ ayağı dizdən aşağı nahiyədən amputasiya edilən şəxsin vəziyyəti qənaətbəxşdir.
url:
http://www.kepezfm.az/xeberler/minaya-d%C3%BC%C5%9F%C9%99n-anama-%C9%99m%C9%99kda%C5%9F%C4%B1n%C4%B1n-son-v%C9%99ziyy%C9%99ti-a%C3%A7%C4%B1qlan%C4%B1b