Mina qurbanlarının iqtisadi imkanlarının artırılmasına həsr olunmuş tədbir keçirilib
“Mina qurbanları üçün iqtisadi imkanların yaradılması – Faza 3” layihəsinin yekunlarına dair mətbuat konfransı keçirilib.Minalar Əleyhinə Azərbaycan Kampaniyası İB-nin sədri Hafiz Səfixanov bildirib ki, layihə çərçivəsində Füzuli, Ağdam, Ağcabədi, Tərtər və Tovuz rayonlarında yaşayan 12 mina qurbanına kiçik ailə təsərrüfatlarının qurulması üçün avadanlıq və materiallar təqdim olunub.Layihə yoxsulluğun azaldılması, gender bərabərliyi və ailələrin sosial rifahının yaxşılaşdırılmasını hədəfləyir.
url:
http://kepezfm.az/xeberler/mina-qurbanlar%C4%B1n%C4%B1n-iqtisadi-imkanlar%C4%B1n%C4%B1n-art%C4%B1r%C4%B1lmas%C4%B1na-h%C9%99sr-olunmu%C5%9F-t%C9%99dbir-ke%C3%A7irilib

