Milli Məclisin sədri Türkiyədə işgüzar səfərdədir
Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın (PAİ-nin) 152-ci Assambleyasında və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 5-ci Konfransında iştirak etmək üçün Türkiyənin İstanbul şəhərində işgüzar səfərdədir. Səfər çərçivəsində Sahibə Qafarovanın tədbirdə iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.
url:
http://kepezfm.az/xeberler/milli-m%C9%99clisin-s%C9%99dri-t%C3%BCrkiy%C9%99d%C9%99-i%C5%9Fg%C3%BCzar-s%C9%99f%C9%99rd%C9%99dir

