Millət vəkili: Azərbaycanın Ermənistanla sülh şəraitində yaşaması turizmin inkişafına şərait yaradır
Azərbaycanın Ermənistanla sülh şəraitində yaşaması turizmin inkişafına şərait yaradır.Bunu Milli Məclisin deputatı Pərvanə Vəliyeva WUF13 çərçivəsində çıxışı zamanı deyib. Azərbaycan Avropa ilə Asiya arasında mühüm keçid rolunu oynayır və regionda təhlükəsiz ölkələrdən biri hesab olunur.Azərbaycanın həm Rusiya, həm də İran ilə sərhədi var və hər iki ölkədə müharibə şəraiti mövcuddur. Buna baxmayaraq, Azərbaycan təhlükəsizliyini qoruyur və ABŞ başda olmaqla müxtəlif dövlətlərlə əməkdaşlığı davam etdirir.
url:
http://kepezfm.az/xeberler/mill%C9%99t-v%C9%99kili-az%C9%99rbaycan%C4%B1n-erm%C9%99nistanla-s%C3%BClh-%C5%9F%C9%99raitind%C9%99-ya%C5%9Famas%C4%B1-turizmin-inki%C5%9Faf%C4%B1na-%C5%9F%C9%99rait

