Kəpəz FM “Mikrofon Səndədir” layihəsinə start verir!
Mikrofon arxasında aparıcı kimi özünü sınayaraq efir təcrübəsi qazanmaq, şeir söyləmək istəyənlər və həvəskar DJ-lər, bu layihə sizin üçündür!
Müxtəlif mövzuda hazırladığınız podkastınız varsa, məlahətli, düzgün və təsirli şəkildə şeir söyləyirsinizsə və ya yaxşı musiqi zövqü ilə mahnılar miks edirsinizsə, Kəpəz FM-in əməkdaşı olun!
Hazırladığı yaradıcılıq nümunələri ilə seçilən istedadlı iştirakçılara Kəpəz FM-in efirində vaxt ayrılacaq və eşidiləcək
Layihəyə qoşulmaq üçün yaradıcılıq işlərinizi və əlavə suallarınızı +99450 2439636 nömrəsinin WhatsApp-ına, Kəpəz FM-in Facebook və İnstagram səhifələrinə göndərə bilərsiniz!

