Meyvə şirəsi və enerji içkisi yükündə külli miqdarda metamfetamin aşkarlanıb
Naxçıvanda İrandan Almaniyaya tranzit daşınan yükün içərisində 29 kiloqramdan çox metamfetamin aşkarlanıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, narkotik vasitə “Şahtaxtı” gömrük postunda meyvə şirəsi və enerji içkisi yükü adı altında daşınarkən aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
url:
http://kepezfm.az/xeberler/meyv%C9%99-%C5%9Fir%C9%99si-v%C9%99-enerji-i%C3%A7kisi-y%C3%BCk%C3%BCnd%C9%99-k%C3%BClli-miqdarda-metamfetamin-a%C5%9Fkarlan%C4%B1b

