Messi Ronalduya çatmadı

Messi Ronalduya çatmadı

"Barcelona"nın hücumçusu Lionel Messi cari mövsüm Çempionlar Liqasında (ÇL) qollarının sayını 10-a çatdırıb.

Qrup mərhələsinin son turunda Mönhenqladbax "Borussiya"sı ilə qarşılaşmada hesabı açan argentinalı ulduz ÇL-in qrupunda 10 qol səddinə çatan ikinci futbolçudur. Rekord isə 2015-16 mövsümündə qrupu 11 qolla tamamlayan "Real"ın hücumçusu Ronalduya məxsusdur.

Messi karyerası ərzində Çempionlar Liqasında 93 dəfə fərqlənib.

Ayşən Zeynallı