Marqaret Uitton xərçəngə məğlub oldu

Marqaret Uitton xərçəngə məğlub oldu

Hollivudun tanınmış kino aktrisası Marqaret Uitton 66 yaşında dünyasını dəyişib.

Marqaret Uitton Palm Biç şəhərində (Florida ştatı), öz evində vəfat edib. Məlumata görə, aktrisa son illər xərçəng xəstəliyi ilə mübarizə aparırdı.

M.Uitton “9 1/2 həftə” (1986) , “Uğurumun sirri” (1987) , “Yüksək liqa” (1989, 1994) kimi populyar filmlərdə, “Mayami polisi” serialında çəkilib.

Ayşən Zeynallı