Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 17 mayda keçirilmiş qəbul imtahanının ikinci cəhd üzrə yekun nəticələrini elan edib.Xarici dil fənləri üzrə esse tapşırıqları da daxil olmaqla yekun imtahan balı təqdim olunub.İştirakçılar ümumilikdə 100 bal toplaya bilərlər.Müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılacaqlar.İmtahan nəticələri ilə bağlı apellyasiya müraciətləri iyunun 19-dan etibarən telefon əlaqəsi vasitəsilə qəbul ediləcək. Bunun üçün namizədlər iyunun 17-si saat 10:00-dan iyunun 18-i saat 17:00-dək DİM-in saytında elektron ərizə doldurmalıdırlar.
url:
http://kepezfm.az/xeberler/magistraturaya-q%C9%99bul-imtahan%C4%B1n%C4%B1n-yekun-n%C9%99tic%C9%99l%C9%99ri-elan-olunub-0

