Madonna eks-əri ilə evlənir?...

Madonna eks-əri ilə evlənir?...

80-ci illərin məşhur cütlüyü Madonna ilə “Oskar” mükafatlı aktyor Sean Penn bir araya gəlib.

Onlar boşandıqdan 27 il sonra xeyriyyə gecəsində görüntüləniblər.

Pop ulduz gecədə eks-ərinə müraciət edib. Müğənni bildirib ki, Penn 150 min dollar dəyərində boyunbağı alsa, onunla yenidən evlənəcək.

“Onu hələ də çox sevirəm. Hətta, evli vaxtlarımızdan da artıq...”- deyə 58 yaşlı sənətçi qeyd edib.

Penn təklifi qəbul edib, boyunbağını almaq istəyib. Ancaq aksessuar daha böyük məbləğə başqasına satılıb.

Ayşən Zeynallı