Canlı
"Məleykə Əsədovanın görünüşünü dəyişmək istəyirəm" - stilist Anar Ağakişiyev

"Məleykə Əsədovanın görünüşünü dəyişmək istəyirəm" - stilist Anar Ağakişiyev

Stilist Anar Ağakişiyev xalq artisti Məleykə Əsədovanın stilini dəyişmək istədiyini deyib. Stilist bu haqda qonaq olduğu verilişdə söyləyib. O, aparıcının “Kimin üzünü dəyişmək istəyərdin? Kimi görəndə deyirsən ki, kaş bunu dəyişərdim" sualına belə cavab verib: “Desəm, qalmaqal yaranacaq. Həmin xanımdan xoşum gəlir. Amma onu dəyişmək istəyərdim. Dəyişsəm, heç kim onu tanımayacaq. Ətrafımdakılar da bilir ki, ona makiyaj etməyi çox istəyirəm. O, mənim üçün tamam dəyişə biləcəyim şəxslərdəndir. Amma müəyyən şərtlərim var ki, onlarla razılaşmalıdır”.

2018-02-08 / 16:56