Məhkumun gizlətdiyi avtomat aşkarlanaraq götürülüb
Ədliyyə və Daxili İşlər nazirliklərinin birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Bakının Şüvəlan qəsəbəsində “AKM-74” markalı avtomat, 4 daraq və 105 ədəd 5,45 millimetrlik patron aşkarlanaraq götürülüb.Ədliyyə Nazirliyindən bildirilib ki, silah hazırda cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməzdən əvvəl çimərlik ərazisində yerləşən köhnə tikilinin yanında torpağa basdırılaraq gizlədilib.Faktla bağlı araşdırma aparılır.
url:
http://kepezfm.az/xeberler/m%C9%99hkumun-gizl%C9%99tdiyi-avtomat-a%C5%9Fkarlanaraq-g%C3%B6t%C3%BCr%C3%BCl%C3%BCb

