Canlı
Məşhur "Vəhşi gözəl"  serialının qəhrəmanları 19 il sonra

Məşhur "Vəhşi gözəl" serialının qəhrəmanları 19 il sonra

1998-99-cu illərdə yayımlanan "Vəhşi gözəl" serialının baş qəhrəmanları Fakundo Arana və Nataliya Oreironun yeni fotoları yayılıb.
Bir vaxtlar Azərbaycanda da sevilən ekran işi Argentina istehsalı olan "TeLefe" kompaniyasının məhsulu idi. 60-dan çox ölkədə yayımlanan serialın baş rol ifaçılarının illər sonrakı fotoları üzə çıxıb. Fakunda Arana – “İvo” obrazı. Hazırda 43 yaşı olan aktyor model Maria Susini ilə evlidir. Cütlüyün 3 övladı var. Uruqvaylı aktrisa Nataliya Oreiro – 40 yaşlı Nataliya musiqiçi Rikardo Mollo ilə ailə qurub. Onların bir oğlu var.

2017-12-07 / 10:51