Məşhur amerikalı müğənni "The Sun" qəzetinə müsahibə verib
Dünyaca məşhur amerikalı müğənni Madonna "The Sun" qəzetinə müsahibə verib. O sosial medya haqda danışıb. Sosial şəbəkələrin insanların özünü pis hiss etməsi üçün yaradıldığını deyən Madonna bu insanların başqaları ilə özünü müqayisə etməsinə gətirib çıxardığını söyləyib. Qeyd edək ki, sənətçi daha öncə açıqlamasında uşaqlarına 13 yaşında mobil telefon verdikdən sonra aralarındakı münasibətin bitdiyini dilə gətirmişdi.
Nurlana Abdullayeva
2019-06-19 15:31