Canlı
Məşhur aktrisa Ketrin Zeta-Cons qayınatası ilə dodaq-dodağa

Məşhur aktrisa Ketrin Zeta-Cons qayınatası ilə dodaq-dodağa

73 yaşlı aktyor Maykl Duqlasla 48 yaşlı aktrisa həyat yoldaşı Ketrin Zeta-Cons uzun fasilədən sonra yenidən birlikdə görüntüləniblər. Cütlük Los-Ancelesdə mərasimlərdən birində iştirak ediblər. Tədbirdə aktyorun atası Kirk Duqlas və onun xanımı En Baydes də olub. Ailənin bir-birinə qarşı səmimi hisləri gözdən yayınmayıb. Hətta paparazzilər Ketrini 100 yaşlı qayınatasının dodağından öpən yerdə tutublar. Qeyd edək ki, Duqlasla Zeta-Cons noyabrın 18-də evliliklərinin 17-ci ildönümünü qeyd edəcəklər. Cütlüyün 17 yaşlı oğlu, 14 yaşlı qızı var.