Müalicə alan məşhur müğənni sağalıb
Psixoloji problemləri səbəbilə bir müddət öncə müalicə alan dünyaca məşhur müğənni Britni Spirs sağalıb. O, Törks və Kaykos adalarına bacısı ilə birlikdə tətilə yollanıb. Çəhrayı rəngli bikini geyinən 37 yaşlı müğənni çimərlikdə rəqs edib, salto vurub, daha sonra isə dənizdə üzüb. İfaçının əhvalının yaxşı olması nəzərlərdən yayınmayıb.
Nurlana Abdullayeva
2019-06-27 15:06