Müəllimlərin sertifikatlaşdırılması üzrə test imtahanları başlayıb
Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsinə start verilib. İmtahanlar iyunun 17-19-u və 23-25-i tarixlərində 35 mərkəzdə keçiriləcək. Prosesdə 23 mindən çox müəllimin iştirakı gözlənilir.İlk gündə Azərbaycan dili, rus dili, Azərbaycan dili və ədəbiyyat, rus dili və ədəbiyyat, fransız və alman dili müəllimləri imtahan verirlər.
url:
http://kepezfm.az/xeberler/m%C3%BC%C9%99lliml%C9%99rin-sertifikatla%C5%9Fd%C4%B1r%C4%B1lmas%C4%B1-%C3%BCzr%C9%99-test-imtahanlar%C4%B1-ba%C5%9Flay%C4%B1b

