Canlı
"Müğənni olmasaydım, rəssamlıq edəcəkdim" - İzzət Bağırov

"Müğənni olmasaydım, rəssamlıq edəcəkdim" - İzzət Bağırov

Müğənni İzzət Bağırzadə bu günə kimi heç yerdə göstərmədiyi bacarığından danışıb. Sənətçi verilişlərin birində deyib ki, gözəl tar ifa edə bilir: “Bülbül adına məktəbdə tar sinfini bitirmişəm. Yaxşı da tar çalırdım. 9-cu sinifdən sonra başladım oxumağa, tar qaldı ikinci planda. Müğənni kimi sevildimsə, tar çalan kimi elə də populyar ola bilməzdim. Çünki indi elə tar çalanlarımız var ki, onların qarşısında bunu edə bilmərəm. Budan başqa mən uşaqlıqda əla şəkillər çəkməyi bacarırdım. Hətta insan şəkilləri də çəkirdim. Evdə divarlara şəkillər yapışdırırdım, cürbəcür boyalarla rəngləyirdim. Bəlkə də müğənni olmasaydım, Azərbaycanda 6-7 rəssamdan biri mən olardım. Tale belə gətirdi ki, müğənni oldum. Yəni başqa sənətlə də məşğul ola bilərdim”.

2018-02-09 / 12:04