Canlı
Müğənni Mehrim Məmmədova prodüseri tərəfindən qarət edildi

Müğənni Mehrim Məmmədova prodüseri tərəfindən qarət edildi

Bakıda müğənni Mehrim Məmmədovanın evindən oğurluq olub. İfaçı bildirib ki, oğurluq edən şəxs onun prodüseri kimi işləyən Mehtiyeva Tamella Rövşən qızıdır. Müğənninin sözlərinə əsasən, prodüseri onun 3 min AZN pulunu oğurlayaraq 90 LR 250 dövlət nömrə nişanlı ağ rəngli "Volkswagen" markalı avtomobili ilə Qazağa qaçıb. Hadisə barədə polisə də məlumat verilib. Polisdə T.Mehtiyevanın bir müddət öncə kirayədə qaldığı İrina adlı qadının evindən də oğurluq etdiyi məlum olub. Hazırda iş Nərimanov Rayon Məhkəməsində araşdırılır.