Leyla Əliyeva: Bakıda böyük transformasiya prosesi gedir, şəhərin 2040-cı ilə qədər daha dayanıqlı olması hədəflənir
WUF13 çərçivəsində çıxış edən IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirakçılara müraciətində bildirib ki, IDEA milyonlarla ağacın əkilməsi, ekoloji maarifləndirmə və hava çirkliliyi ilə bağlı məlumatlandırma layihələri həyata keçirib. Təşkilat həmçinin yaşıl məkanların artırılması, velosiped istifadəsinin təşviqi və plastik tullantıların təkrar emalı istiqamətində fəaliyyət göstərir. Sahilyanı təmizlik aksiyalarında 120 tondan artıq tullantı toplanıb. Leyla Əliyeva vurğulayıb ki, hava çirkliliyi xüsusilə uşaqlar üçün ciddi təhlükədir. O qeyd edib ki, Bakının 2040-cı ilə qədər daha dayanıqlı şəhərə çevrilməsi üçün yaşıl zonalar, ictimai nəqliyyat və təmiz enerji layihələri inkişaf etdirilir.
url:
http://kepezfm.az/xeberler/leyla-%C9%99liyeva-bak%C4%B1da-b%C3%B6y%C3%BCk-transformasiya-prosesi-gedir-%C5%9F%C9%99h%C9%99rin-2040-c%C4%B1-il%C9%99-q%C9%99d%C9%99r-daha

